Modern.az

Co Bayden yalnız “yalançı KİV-in” gözündə qalibdir - Tramp

Co Bayden yalnız “yalançı KİV-in” gözündə qalibdir - Tramp

15 Noyabr 2020, 20:02

ABŞ Prezidenti Donald Tramp seçkilərdə məğlubiyyətini qəbul etmədiyini bildirib. Onun sözlərinə görə, Co Bayden yalnız “yalançı KİV-in” gözündə qalibdir.

 

Modern.az xəbər verir ki, bu barədə Donald Tramp özünün tvitter səhifəsində yazıb:

 

“Co Bayden yalnız feyk-nyusun gözündə qalib gəlib. Mən heç nəyi qəbul etmirəm! Bizim hələ qarşıda böyük yolumuz var. Bu, seçkilərin saxtalaşdırılması idi”.

 

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçirilib. Aparıcı Amerika KİV-ləri əldə olunan məlumatlar əsasında demokratların namizədi Co Baydenin qələbəsini elan edib. Bununla belə, hazırkı Prezident Donald Tramp öz qələbəsini məhkəmədə müdafiə etmək niyyətindədir.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI