Modern.az

İslam Partiyasında daha bir istefa

İslam Partiyasında daha bir istefa

Təhsil

16 İyul 2012, 15:13

“Özümü dəfn olunmuş bir təşkilatda heç zaman görə bilmərəm”

Azərbaycan İslam Partiyası (AİP) Ağstafa rayon komitəsinin nəzarət-təftiş komissiyasının sədri Səxavət İsmayılov partiyada tutduğu vəzifəsindən istefa verib.

İstefasının səbəblərindən danışan Səxavət İsmayılov bildirib ki, İslam Partiyasının mövcud vəziyyəti heç də ürəkaçan deyil və nikbin gələcəyi də yoxdur: “Bu partiya İslam əqidəsinə əsaslandığını iddia etsə də, təşkilatın artıq “fatihəsi”ni oxuyublar. Özümü dəfn olunmuş bir təşkilatda heç zaman görə bilmərəm. Həmişə fəal olmuşam və ictimai prosesləri yaxından izləmişəm. Ona görə də qərara gəldim ki, İslam Partiyası kimi bir qurumda tutduğum vəzifədən istefa verim. Düşünürəm ki, ən uyğun qərarı qəbul etmişəm. Bu addımım siyasi fəaliyyətimə daha da təkan verəcək”.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?