Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş direktoru Artur Vanetsyana qarşı iki maddə üzrə ittiham irəli sürülüb.
Modern.az "Gazeta.ru"ya istinadla xəbər verir ki, bu barədə MTX-nin sabiq direktorunun vəkili Ervand Varosyan bildirib.
"Artur Vanetsyanın saxlanılmasının qanunsuz olduğunu başa düşən istintaq tələsik olaraq ona qarşı iki maddə üzrə ittiham irəli sürülüb" - deyən E.Varosyanın sözlərinə görə, MTX-nin sabiq direktoru hakimiyyəti zorla ələ keçirmək niyyəti və Baş nazir Nikol Paşinyana sui-qəsd hazırlanmasında ittiham edilib.