Modern.az

Moldovadakı prezident seçkilərində Maya Sandu qalib gəldi

Moldovadakı prezident seçkilərində Maya Sandu qalib gəldi

Dünya

16 Noyabr 2020, 09:15

Moldovada yeni prezident seçilib.

Modern.az xəbər verir ki, Moldova Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turunda səsvermə bülletenlərinin ilkin nəticələrini açıqlayıb.

Seçki bülletenlərinin 95 faizinin hesablamasına görə, prezidentliyə namizəd, Moldovanın keçmiş Baş naziri Maya Sandu 52,08 faiz səslə qalib gəlib. Moldavanın hazırki Prezidenti İqor Dodon isə 47,92 faiz səs toplaya bilib.


Maya Sandu qərbyönümlü siyasətçi kimi tanınır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal