Modern.az

Bakıda uzun tıxac yarandı - avtobuslarda halı pisləşənlər var

Bakıda uzun tıxac yarandı - avtobuslarda halı pisləşənlər var

16 Noyabr 2020, 09:20

Hazırda paytaxda müşahidə edilən güclü yağış fonunda həm də şəhərin əsas küçə və prosopektlərində tıxac yaranıb.

 

Modern.az-ın əməkdaşının verdiyi xəbərə görə, "Qara Qarayev" metrostansiyasından üzü "Koroğlu" istiqamətində nəqliyyatın hərəkəti iflic vəziyyətdədir. Yol polisi "Koroğlu" körpüsünə girişdə yolu bağladığından 1 saatdan çoxdur ki, nəqliyyat vasitələri tam hərəkətsiz dayanıb.

 

Nəticədə avtobuslarda olan insanlar arasında halı pisləşənlər var, həmçinin sərnişinlər getmək istədikləri ünvana gecikir. Analoji vəziyyət digər yollarda da müşahidə edilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI