Modern.az

İmran Xan: Bütün dünya Qarabağın Azərbaycana məxsus olduğunu tanıyır”

İmran Xan: “Bütün dünya Qarabağın Azərbaycana məxsus olduğunu tanıyır”

16 Noyabr 2020, 13:07

Pakistanın Baş Naziri İmran Xan bu ölkənin yerli televiziya kanalına 12 noyabr tarixində verdiyi müsahibəsində jurnalistin - “Azərbaycanda hər yerdə Azərbaycan-Türkiyə-Pakistan bayraqlarının dalğalandığını, Azərbaycanın qələbə qazandığını, heç kəsin Azərbaycana öz torpaqlarını hədiyyə etmədiyini, Azərbaycanın böyük mübarizə apararaq öz torpaqlarını erməni işğalından azad etdiyini” bildirərək, onun münasibətini öyrənib.

 

Pakistan İslam Respublikasının Baş Naziri İmran Xan isə cavabında “Azərbaycan Silahlı Qüvvələrinin nümunəvi şücaət göstərdiyini, Dağlıq Qarabağın mübahisəli ərazi olmadığını, bütün dünyanın Qarabağın Azərbaycana məxsus olduğunu tanıdığını, Azərbaycanlıların öz əzəli torpaqlarını geri qaytardığını” bildirərək jurnalistin sualını cavablandırıb.



Modern.az baş nazirin münasibəti yer alan yazının linkini aşağıda təqdim edir:

 

//tribune.com.pk/story/2272148/pm-imran-says-under-pressure-to-recognise-israel

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI