«Regionlardakı gənclər arasında fövqəladə hallarda təhlükəsizlik tədbirləri haqqında biliklərin verilməsi» layihəsi Azərbaycan Gənclər İttifaqı tərəfindən bu ilin iyul ayının ortalarından Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənərək həyata keçirilməyə başlayıb.
Layihə çərçivəsində Lənkəran və Mingəçevir şəhərələrində univeristet, kollec və məktəblərdə yeniyetmə və gənclər arasında fövqəladə hallarda təhlükəsizlik tədbirləri haqqında geniş biliyin verilməsi istiqmətində müxtəlif tədbirlər həyata keçiriləcək. Onlar arasında “Tarixdə baş vermiş qəza və fəlakətlər”, “Təbii mənşəli fövqəladə hallar”, “Texnogen mənşəli fövqəladə hallar”, “Fövqəladə hallarda bunları bilmək vacibdir”, “Təhlükəsizlik qaydaları” kimi mözvular tədris ediləcək, həmin tədris müəssisələrində təhsil alan daha çox sayda yeniyetmələr və gənclərə fövqəladə hallarda təhlükəsizlik tədbirləri barədə ətraflı məlumatın verilməsi üçün mövzuya uyğun müvafiq sayda Təlim Vəsaiti və Yaddaş Bukleti qeyd olunan təhsil müəssisələrinin kitabxanalarına hədiyyə ediləcəkdir. Həmçinin xüsusi hazırlanan təlim vəsaitlərinin elektron formada disklərə yerləşdirilməsi və onların hər bir belə təhsil müəssisələrinin kompüter otaqlarına verilməsi fövqəladə hallarda təhlükəsizlik tədbirləri haqqında məlumatın daha geniş auditoriyaya yayılmasına müsbət təsir göstərəcək.
Layihəni icrası zamanı təlimlərdə iştirak etmiş dinləyicilərin yerlədədki müfaviq təşkilat və müəssisələrə səfərlərin təşkili nəzədə tutlub. Həmin səfərlərin məqəsdi təşkilat və müəssisələrdə təhlükəsizlik qaydalarına riayət olunmasının səviyyəsini öyrənmək, fövqəladə hallarda təhlükəsizlik tədbirləri haqqında məlumatın tətbiqini müşahidə etməkdir.
Seçilən dinləyicilər üçün təlimlərdən sonra praktiki hissə də nəzərdə tutulub. Bu zaman onlar öz şəhərlərində yaşadıqları icmalara səfərlər edəcək, orada əhali arasında fövqəladə hallarda təhlükəsizlik tədbirləri haqqında geniş biliyin verilməsi fəaliyyətini icra edəcəklər. Bununla da əldə etdikləri bilikləri daha geniş auditoriyaya yaymaq imkanı yaranacaq.
Qeyd etmək lazımdır ki, layihə “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq tədbirlər planında (6.5. Gənclərin idarəetmədə və vətəndaş cəmiyyətinin inkişafında iştirakının artırılması bəndinin 6.5.9. Gənclərin könüllü fəaliyyətə həvəsləndirilməsi yarımbəndi) nəzərdə tutulan fəaliyyətlərin icrasına yönəlib.
Layihə 2012-ci ilin noyabr ayında başa çatacaq.