Ermənistan baş naziri Nikol Paşinyan parlamentə gəlib.
Modern.az xəbər verir ki, o, parlament fraksiyaları ilə görüş keçirir. Müxalifətdə olan "Çiçəklənən Ermənistan" və "İşıqlı Ermənistan" fraksiyaları görüşü boykot edib.
İclasda yalnız hakim "Mənim addımım" fraksiyasının deputatları qalıb.
XXX
Ermənistan baş naziri Nikol Paşinyan parlament fraksiyalarına görüş təklifini irəli sürüb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə “Çiçəklənən Ermənistan” partiyasından məlumat verilib.
Onlar görüşün yalnız Paşinyanın istefası məsələsini müzakirə etmək üçün keçirilməsini mümkün sayır.