Modern.az

Millimizin 2 futbolçusu koronavirusa YOLUXDU

Millimizin 2 futbolçusu koronavirusa YOLUXDU

16 Noyabr 2020, 14:16

Azərbaycan millisinin futbolçuları Təmkin Xəlilzadə və Rahil Məmmədov koronavirusa yoluxub.

 

Bu barədə Modern.az-a AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.

 

Assosiasiya rəsmisi bildirib ki, hər iki oyunçu Xorvatiyada karantin altına alınıb: "Monteneqro ilə oyundan öncə futbolçuların hərarəti var idi. Koronavirus testləri müsbət nəticə verdi. Ona görə də hər ikisi özünütəcrid rejimindədir. Bununla bağlı Azərbaycan Respublikasının Xorvatiyadakı səfirliyinə məlumat verilib. Məsələ səfirliyin də diqqət mərkəzindədir".

 

Firuz Abdullanın sözlərinə görə, futbolçular hazırda həkim nəzarəti altındadırlar: "Test neqativ çıxdıqdan sonra oyunçular AFFA tərəfindən Bakıya göndəriləcək. Futbolçuların karantin müddətindəki bütün xərclərini federasiya ödəyir. Futbolçuların klublarına da müvafiq məlumatlar verilib".

 

Qeyd edək ki, Təmkin Xəlilzadə "Sabah"ın, Rahil Məmmədov isə "Qarabağ"ın futbolçusudur.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI