Erməni Apostol Kilsəsinin Qarabağ Yeparxiyasının arxiyepiskopu Pargev Martirosyan infarkt keçirib.
Modern.az Erməni KİV-ə istinadən xəbər verir ki, kilsə rəhbəri İrəvanda olan xəstəxanaların birinə yerləşdirilib.
Məlumatda yeparxiya rəhbərinin vəziyyəti ilə bağlı əlavə açıqlama verilməyib.
Bəzi məlumatlara görə, Qarabağ ətrafında baş verən proseslər Martirosyan üçün zərbə olub.