Ermənistan baş naziri Nikol Paşinyan xalq məhkəməsi qarşısına çıxmağa hazır olduğunu söyləyib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o bu barədə parlamentdə deputatlarla görüş zamanı deyib.
“Bəli, baş verənlərin əsas baiskarı mənəm. Xalq məhkəməsi qarşısında cavab verməyə hazıram. Və sakitcə bu məhkəmnin verdiyi cəzanı çəkməyə hazıram”.
Paşinyan adını açıqlamasa da, dolayısı ilə istefasını Putinlə müzakirə etdiyini söyləyib. O, rəsmi Moskvanın onun qarşısında belə bir tələb qoymadığını əlavə edib.