Modern.az

TQDK: “III qrupun abituriyentlərinin imtahan cavabları BU GÜN açıqlanacaq”

TQDK: “III qrupun abituriyentlərinin imtahan cavabları BU GÜN açıqlanacaq”

Təhsil

16 İyul 2012, 18:16

Ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə iyulun 14-də imtahan vermiş abituriyentlərin cavab kartlarının emalı prosesi başa çatıb. Bu barədə Modern.az saytına Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib.
E.Nağızadə əməkdaşımıza deyib ki, abituriyentlərin imtahan nəticələri iyulun 17-də açıqlanacaq.

”Nəticələr sabah TQDK-nın internet saytında yerləşdiriləcək”.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727  nömrəsinə iş nömrələrini göndərməklə öyrənə biləcəklər. 

TQDK-nın məlumtına görə, III ixtisas qrupunun imtahanlarında iştirak etməli olan 30831 abituriyentdən 1100 nəfər imtahana gəlməyib.

III ixtisas qruplarında müsabiqəyə ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılacaqlar.

İxtisas seçimi bütün ixtisas qrupları üzrə abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra - avqustun 7-dən 16-dək aparılacaq. 

Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?