Modern.az

“Tükiyə hərbçilərinin Azərbaycanda hansı statusda iştirak etməsi bizdən asılıdır” - Politoloq

“Tükiyə hərbçilərinin Azərbaycanda hansı statusda iştirak etməsi bizdən asılıdır” - Politoloq

16 Noyabr 2020, 16:18

“Bəziləri bildirir ki, Türkiyə hərbçiləri Rusiya hərbçiləri ilə birlikdə atəşkəsə nəzarət üzrə mərkəzdə yer alacaqlar. Başqa sözlə, noyabrın 10-da qəbul edilən bəyanata görə, Türkiyə hərbçilərinin sülhməramlı əməliyyatda iştirakı nəzərdə tutulmayıb. Amma Tükiyə hərbçilərinin Azərbaycanda hansı statusda iştirak etməsi bizdən asılıdır”.

Modern.az-ın məlumatına görə, bunu politoloq Elxan Şahinoğlu Türkiyə hərbçilərinin Qarabağa gəlişinə münasibət bildirərkən deyib.

“Rusiya Dağlıq Qarabağda bildiyini edir, bəyanatda nəzərdə tutulmayan “işlərlə” məşğuldur, Kəlbəcərin boşaldımasını 10 gün uzatdılar. Biz Türkiyə hərbçilərinin Şuşada, Laçında, Kəlbəcərdə və ya Ağdamda yerləşlədirilməsini istəsək, Rusiya buna mane ola bilməyəcək. Rusiya istəyərdi ki, NATO dövlətinin hərbi təyyarələri Azərbaycanda yerləşsin? Əlbəttə ki, yox. Ancaq Türkiyənin F-16 hərbi təyyarələri aylardır Azərbaycan ərazisindədir və elə bu məsələni də həll edib, strateji müttəfiqimizin ərazimizdə hərbi hava qüvvələrinin bazasını rəsmiləşdirmək lazımdır”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI