Həsən Əhməd oğlu Hüseynov
AzTU-nun kaf. müdiri, prof., Əməkdar elm xadimi
Son 27 ildə elmi,pedaqoji və beynəlxalq layihələr istiqamətində həyata keçirdiyim intensiv fəaliyyətə, o cümlədən Thomson Reuters platformasına daxil olan yüksək impakt faktorlu jurnallarda çap etdirdiyim iri həcmli məqalələrə, tələbə və doktorantlarımın elmi uğurlarına,yazdığım dərsliklər və monoqrafiyalara,işlədiyim və müvəffəqiyyətlə icra etdiyim beynəlxalq layihələrə baxmayaraq daima bir natamamlıq kompleksi-sindromu yaşayırdım. Bu sindrom doğma ocaqlığı,ulu məzarlığı,əcdadlarından miras qalmış torpaqları və uşaqlıq xatirələri düşmən tapdağı altında qalan hər bir insan üçün başa düşüləndir.
SSRİ –nin çökməsi nəticəsində yenicə müstəqillik qazanmış Azərbaycan KQB-nin analitikləri tərəfindən işlənmiş dəhşərli bir qeosiyasi oyunun tətbiq meydanına çevrildi.Postsovet ölkələrinin mərkəzdənqaçma qüvvələrini neytrallaşdırmaq məqsədilə həyata keçirilməsi nəzərdə tutulan bu siyasət Dağlıq Qarabağ,Cənubi Osetiya və Abxaziya, Dnestryanı bölgə,Krım,Donetski və Luqansk bölgələrində yaradılmış odlu nöqtələrdə,Ermənistan kimi xəstə təxəyüllü,cılız düşüncəli, gözünü qonşularının torpaqlarına tikmiş dövlətlər tərəfindən həyata keçirilməli idi. Planlaşdırılmış qeosiyasi oyunun əsas oyunçuları bir tərəfdən Sovetlər İttifaqı kimi güclü bir alyansı itirmiş sələf -Rusiya Federasiyası,digər tərəfdən isə SSRİ-ni dagıtmağa nail olmuş,növbəti hədəf kimi Russiya Federasiyasını seçmiş, başda ABŞ olmaqla NATO qüvvələri idi.Regionda, Azərbaycanla tarixi,etnik və dini bağlılığı olan Türkiyə,əhalisinin 35 milyonu etnik azərbaycalılar olan,bu gün də Azərbaycana özünün keçmiş xanlıqları kimi baxan İran kimi digər oyunçuların da qeosiyasi maraqları üz-üzə dururdu.
SSRİ-dən miras qalmış determinist qanunlarla idarə olunan qeyri-effektiv planlı iqtisadiyyata,20% işğal altında olan əraziyə, bir milyondan artıq qaçqın və məcburi köçkünə,qeyri-nizami əliyalın orduya, ancaq minimal ehtiyaclara hədəflənmiş dövlət büdcəsinə, xüsusi xidmət orqanlarının poliqonuna çevrilmiş əraziyə malik Azərbaycan dövlətinin belə bir mürəkkəb qeosiyasi oyundakı maraqlarını bütün xalqı vahid ideologiya ətrafında birləşdirə bilən,dünya tərəfindən qəbul edilən,harizmatik və təcrübəli bir lider müdafiə edə bilərdi.
Ən çətin anlarda xalq öz qəhrəmanını yetişdirməlidir.Elə bir harizmatik qəhrəman ki,ölkəni vahid ideologiya ətrafında birləşdirməli;güclü,diversifikasiya olunmuş iqtisadiyyat yaratmalı;nizami ordu qurmalı,onu yüksək texnoloji silahlarla silahlandırmalı, müasir hərbi biliklərə malik zabit korpusu yetişdirməli, müdafiə sənayesi kompleksi yaratmalı,ölkəni texnoloji inkişaf etdirməli;elmə,təhsilə xüsusi diqqət ayırmalı;güclü diaspora formalaşdırmalı,diplomatik əlaqələr qurmalı,öz həqiqətlərini bəyan etmək üçün dünyanın aparıcı təşkilatlarında: Birləşmiş Millətlər Təşkilatı,Qoşulmama Hərəkatı,İslam Əmkdaşlıq Təşkilatı və digər qurumlarda kürsülərə malik olmalı, mövcud oyunçular arasında balanslı siyasət apararaq ölkənin müstəqilliyini qoruya bilməlidir.Ölkə, lider axtarışına çıxdı. Ruspərəst-kosmopolit liderləri,türkpərəst -millətçi liderlər əvəz etdi,ölkə çalxalandı,liderə hamilə qaldı,vətəndaş müharibəsi ilə üz-üzə durdu,amma özündə küc tapdı dünya liderləri tərəfindən qəbul olunan,yüksək harizmə və təcrübəyə malik,azərbaycanın potensial imkanlarını reallaşdırmağa və azərbaycan həqiqətlərini tanıtmağa qadir Ümummilli liderini seçdi.
Ölkənin renesans dövrü başlandı,xalq azərbaycançılıq ideologiyası ətrafında konsolidasiya oldu,əsrin kontraktı,milyardlarla investisiyalar,yeni texnologiyaların transferi ölkənin siyasi və iqtisadi politrasını dəyişdi.Yeni iqtisadi layihələr yeni tərəfdaşlar cəlb etdi,münaqişə ətrafında hüquqi baza yaradıldı və genişləndirildi,müdafiə sənayesi kompleksi yaradıldı,nizami ordu quruculuğuna,peşəkar zabit korpusu hazırlığına başlanıldı.Ölkə sistemli və intensiv inişaf yoluna qədəm qoydu.
Adətən, güclü liderdən sonra ölkədə qeyri-stabillik hökm sürür.Bu baxımdan da Azərbaycan ölkə üçün həyati əhəmiyyət daşıyan digər bir məsələni,əldə edilmiş müvəffəqiyyətlərin dayanaqlı və davamlı inkişafını təmin edə biləcək yeni liderin seçilməsi məsələsini də dünyanı heyrətə gətirə biləcək yüksək müdrüklüklə həll etdi.Bəli, ölkənin inkişafı və Qarabağ məsələsinin həlli davamlı inkişafın yeni bir mərhələsinə daxil oldu.Dünyanın ən məhşur diplomatiya mərkəzlərindən birinin məzunu,Heydər Əliyev məktəbinin yetişdirməsi və davamçısı,avropanın aparıcı dillərinin daşıyıcısı və ən nəhayət böyük vətənpərvər İlham Əliyev prezident seçıldı.Sənaye inqilabı başlandı, iqtisadiyyatın diversifikasiyası həyata keçirildi, qeyri-neft sektoru inkişaf etdirildi,güclü infrastruktura quruldu.İstehsal olunan neft-qaz məhsullarını xarici bazarlara çıxarmaq üçün tərkibinə trans milli korporasiyalar daxil olan konsorsiumlar yaradıldı,Avropanın enerji təhlükəsizliyini təmin edə biləcək neft-qaz kəmərləri, dəmir yol şəbəkələri çəkildi,logistika sistemləri yaradıldı.Paralel olaraq yüksək səviyyəli dövlət idarəçilik strukturlarının sovetlər dövründən miras qalmış regionçuluq,qohumbazlıq,korrupsiya kimi zərərli xüsusiyyətlərinin daşıyıcılarından təmizlənməsi istiqamətində geniş və çox vektorlu fəaliyyətə start verildi.
NATO alyansı da özünün antirusiya fəaliyyətində innovasion dəyişiklər etdi, əlbəyaxa döyüş taktikasının başlıca prinsipi olan rəqibin gücündən onun özünə qarşı istifadə etmək prinsipini əsas götürərək Rusiyanın öz maraqlarını qorumaq məqsədilə qərbi periferiya üzrə yaratdığı dondurulmuş qaynar nöqtələrdən hazır döyüş meydanları kimi onun əleyhinə istifadə etməyə üstünlük verdi.
Azərbaycanın iqtisadi qüdrəti artdıqca onun həqiqətləri çağdaş dünya tərəfindən daha adekvat qəbul edilməyə başlandı.Azərbaycanın iqtisadi tərəfdaşları, onun haklı siyasi mövqeinin müdafiəçiləriinə cevrilirdilər.Xüsusilə, Türkiyə-Azərbaycan əlaqələri Bir millət iki dövlət devizi altında güclü inkişaf edərək strategi müttəfiqliyə çevrildi.İqtisadi,siyasi,sosial sahələrdə məntiqi ardıcıllıqla atılan hər bir addım Azərbaycanı ərazi bütövlüyünün təmin olunmasına daha da yaxınlaşdırırdı.
Bu gün azərbaycançılıq ideologiyasına söykənən, yüksək dəqiqlikli müasir silahlarla silahlanmış,vətənpərvər əskərləri və dünyanın aparıcı təhsil ocaqlqarında müasir hərbin sirlərinə yiyələnmiş peşəkar zabit korpuslu müzəffər ordusu; şəfqətli,qayğikeş,müdrük və hümanist birinci Vitse Prezidenti; yüksək diplomatiyaya,mükəmməl bilik bazasına, sistemli fəaliyyətə,dəmir məntiqə və siyasi iradəyə malik,xalqı iqtidarlı-müxalifətli yumruq kimi öz ətrafında birləşdirmiş Prezidenti olan Azərbaycan dövləti torpaqlarının azad edilməsinin vaxtı çatdığını dünyaya bəyan etdi.Azərbaycan ordusunin tətbiq etdiyi taktiki və strateji innovasiyalar dünyanın aparıcı hərbi mərkəzlərinin təhlil obyektinə çevrildi.Möhtərəm Prezidentimizin dünyanın aparıcı kütləvi informasiya vasitələrinə,o cümlədən də ən radika jurnalistlərə verdiyi dəqiq rəqəmlərə,tarixi gerçəkliklərə, təkzib olunmaz arqumentlərə və beynəkxalq hüququn norma və prinsiplərinə söykənən çox saylı müsahibələr informasiya müharibəsi cəbhəsində də azərbaycanın qələbələrini təmin edirdi.Dəfələrlə sınaqlardan çıxmış Əliyev- Ərdoğan tandemi,qardaş Türkiyə Cumhuriyyətinin bütün dünyayaya bəyan etdiyi Azərbaycana təmənnasız dəstəyi anti azərbaycan qüvvələrini neytrallaşdırdı. Azərbaycan düşmən təxribatlarına cavab olaraq əks hücuma keçib torpaqlarının azadlığı uğrunda müqəddəs Vətən Müharibəsinə başladı.Minsk qrupunun 30 illik fəaliyyətinin səmərəsizliyi Azərbaycana BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərini dərhal və şərtsiz azad etməsi barəsindəki 4 qətnaməsini müvəffəqiyyətlə icra etməyə əsas verdi. Hər bir azərbaycanlıya hakim kəsilmiş natamamlıq-köçkünlük kompleksi öz Xalqı,Rəşadətli Ordusu,Şəhidləri və Ali Baş Komandanı ilə qürur, fəxr, başucalığı duyğusu kimi ali hisslərlə əvəz olundu.
P.S. Cəbrayılın azad olunduğu gün Avropadan olan həmkarlarımdan çox saylı təbrik məktubları aldım və bir daha əmin oldum ki, bəşəriyyəti Ulu Tanrımızın bərqərar etdiyi ədalət prinsiləri idarə edir. Güc amili isə adekvat qələbəni daha da yaxınlaşdırır.