Modern.az

Bakı Nəqliyyat Agentliyi hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi - FOTO

Bakı Nəqliyyat Agentliyi hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi - FOTO

16 Noyabr 2020, 18:50

Yağışlı hava şəraitində müntəzəm və ekspress xətlər üzrə avtobusların rahat və maneəsiz hərəkətini təmin etmək üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən bütün zəruri tədbirlər görülür.


BNA-dan Modern.az-a verilən məlumata görə, bu çərçivədə gün ərzində, xüsusən də pik saatlarda sıxlıq müşahidə olunan küçələrdə svetoforlarda “yaşıl dalğa” əmri tətbiq edilib:


"Həmçinin sərnişin tələbatı yüksək olan istiqamətlərdə avtobus dayanacaq məntəqələri nəzarətə götürülüb. Avtobus dayanacaq məntəqələri və ona yaxın ərazilərdə qanunsuz parklanma halları tam aradan qaldırılıb.

 

Bir daha sürücülərə bu cür hava şəraitində son dərəcə diqqətli olmağı, sürət həddinə əməl etməyi və nəqliyyat vasitələrini avtobus dayanacaq məntəqəsində və ona yaxın ərazidə park etməməyi tövsiyə edirik".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI