Modern.az

Həsən bəy Zərdabi Türkiyədə anılıb

Həsən bəy Zərdabi Türkiyədə anılıb

Təhsil

16 İyul 2012, 20:27

Türkiyə Qəzetçilər Federasiyası (TGF) Başkanlar Koniseyinin 39-cu toplantısı dünən başa çatıb. Bu barədə Modern.az saytına TGF-yə üzv olan və toplantıya qatılan Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı məlumat verib.

O qeyd edib ki, toplantı Mersində keçirilib: “Qəzetçi cəmiyyətlər sədirləri 4 gün boyunca bir çox yerləri ziyarət etdilər. Ardından TGF 39-cu Başkanlar Koniseyinin toplantısı oldu. Burada media ilə bağlı müxtəlif məsələlər müzakirə edildi. Ev sahibliyini sona qədər yüksək səviyyədə həyata keçirdiyinə görə tədbirdə iştirak edən 70-dən çox qəzetçi cəmiyyət sədirləri Mersin qəzetçilər cəmiyyəti başkanı Əhməd Ünala dərin minnətdarlıqlarını bildiriblər..

Tədbirdə bu il 170 yaşı tamam olan Azərbaycan Milli mətbuatının yaradıcısı Həsən bəy Zərdabi jurnalistlər tərəfindən böyük sayğı ilə anılıb”.

Daha geniş məlumat sabah veriləcək.

 Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?