Modern.az

Milli Ordunun zabiti yaralanıb

Milli Ordunun zabiti yaralanıb

16 İyul 2012, 22:49

Ermənistan silahlı qüvvələrinin iyulun 15-i gecə saatlarında açdığı atəş nəticəsində milli ordumuzun hərbi qulluqçusu yaralanıb. Modern.az  ANSPRESS-ə istinadən xəbər verir ki, yaralı hərbçimiz  cəbhə xəttində neytral ərazidə qalıb. Bu səbəbdən də həmin əraziyə baxış keçirmək mümkün olmayıb. Əsgərin axtarışları hələlik nəticə verməyib.

Yaralanan hərbçi əslən Tərtər rayonunun Seydimli kəndindən olan və müddətdən artıq xidmət edən Orucov Elçin Raquf oğludur. Ailə üzvlərindən aldığımız məlumata görə, hadisə gecə saat 22:00 radələrində baş verib.

Qohumlarının sözlərinə görə, Elçin Orucov yaralandıqdan sonra telefon vasitəsilə bir neçə dəfə qardaşına və atasına zəng edib.

 Qeyd edək ki, hadisə Tovuz rayonunun Qaralar kəndi istiqamətində baş verib. Hadisənin hansı şəraitdə baş verdiyi barədə isə hələlik dəqiq məlumat yoxdur. Hərbi hissədən yaralının yaxınlarına bildirilib ki, hazırda Elçin Orucovun axtarışları davam edir.

Hazırda yaralı hərbçimizin axtarışları davam edir

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?