Modern.az

“Prezidentə Milli Qəhrəman adı verilməlidir” - Hərbi ekspert

“Prezidentə Milli Qəhrəman adı verilməlidir” - Hərbi ekspert

17 Noyabr 2020, 13:30

Tarix boyu torpaqlarımız müxtəlif şəkildə Ermənistan tərəfindən işğal olunub. Lakin Ali Baş KOmandanımızın uğurlu siyasəti, rəhbərliyi və Silahlı Qüvvələrimizin əzmi nəticəsində 30 ildir işğalda altında olan torpaqlarımız düşmən tapdağından azad olundu və qələbə çaldıq”.


Bu barədə Modern.az-a ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov danışıb. Onun sözlərinə görə torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpası üçün əlindən gələni edən məhz İlham Əliyevin özüdür:


“Bildiyimiz kimi, Ali Baş Komandan keçirilən bütün əməliyyatlara şəxsən özü rəhbərlik edib. Xalqımız da bu qələbənin məhz Ali Baş Komandanımızın əmri, yaratdığı və inkişaf etdirdiyi Silahlı Qüvvələrimizin sayəsində əldə edildiyini bildiyinə görə minnətdarlıq hissi dillərindən düşmür.

Döyüşlərin getdiyi 44 günlə bağlı Ali Baş Komandanımız haqqında çox sözlər deyə bilərik. Bütün bunları nəzərə alaraq, Ali Baş Komandanımıza Milli Qəhrəman fəxri adının verilməsi ilə bağlı təşəbbüs qaldırmışıq. Bu, bütün Azərbaycan xalqının arzusudur. O, bizim millətimizin, tariximizin qəhrəmanıdır”.



Nəzrin Vahid

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI