Modern.az

Bakıda poliklinikalar gücləndirilmiş iş rejiminə keçdi

Bakıda poliklinikalar gücləndirilmiş iş rejiminə keçdi

17 Noyabr 2020, 13:45

Son günlər yoluxma hallarının artmasını nəzərə alaraq Səhiyyə Nazirliyinin idarəçiliyində olan ( Bakı şəhəri üzrə ) poliklinikalar gücləndirilmiş iş rejiminə keçib.

 

Bu barədə Modern.az-a Səhiyyə Nazirliyindən bildirilib.

 

Məlumata görə, həftənin şənbə və bazar günləri də daxil olmaqla yeddi gün səhər saat 08:00–dan 18:00-dək vətəndaşlara COVID-19 –la bağlı xidmətlər göstəriləcək. Bura evdə müalicə alan xəstələrin müşahidəsi, yaxmaların götürülməsi və kompleks vitaminlərin paylanması daxildir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI