Modern.az

Deputat: “Avropada bu işlərdə çalışmaq eyib sayılmaz, bizdə isə əksinə” - PROBLEM

Deputat: “Avropada bu işlərdə çalışmaq eyib sayılmaz, bizdə isə əksinə” - PROBLEM

17 İyul 2012, 12:23

Müasir Azərbaycan cəmiyyətində öz aktullığına görə seçilən məsələlərdən biri kimi – ali məktəbi bitirmiş gənclərin işlə təmin olmunması dayanır. Modern.az olaraq, biz bu məsələləri araşdırmaq üçün bir neçə dövlət və özəl ali təhsil müəssisələrinin tələbələri arasında sorğu keçirdik. Nəticə kimi, tələbələrin fikirlərindən məlum oldu ki, onların əksəriyyəti  ali məktəbi bitirsələr də, işlə təmin olunmaqda müəyyən çətinliklərlə üzləşirlər. Bütün bunların əsas səbəbi kimi onlar özlərini deyil, əsasən işə götürənləri təqsirkar hesab edirlər.

Bu məsələ ilə bağlı, Milli Məclisin Sosial siyasət  komissiyasının sədr müavini Musa Quliyevin  fikrini öyrəndik. Modern.az-a açıqlamasında Musa müəllim qeyd edib ki, işə götürənlər  istər dövlət qulluğu olsun, istərsə də özəl müəssisələr, burada hər bir  idarənin iş prinsipinə uyğun olaraq xüsusi işə qəbul qaydaları, tələbləri var.

”Təbii ki, hər bir işə götürən istəyər ki, işə götürdüyü şəxslər yüksək iş bacarığına malik olsunlar, yəni onların iş tələblərinə cavab vermiş olsunlar. Bura da işə götürəni günahlandırmaq  hesab edirəm ki, düzgün olmazdı. Qeyd etmək istərdim ki, həmin şəxslər niyə işə girə bilmirlər? Əvvala işə yenicə başlamaq istəyən hər kəs, istəyir ki, ancaq Bakıda işləsin. Ancaq iş yeri təkcə Bakıda deyil, respublikamızın rayonlarında, kəndlərində gənc mütəxəssislər üçün o qədər iş yerləri var ki. Onlar ora gediblərmi, oraya müraciət ediblərmi? Yox. Hamı istəyir Bakıda işləsin, yaxşı işlərdə işləsin, rahat işlərdə işləsin, yüksək də maaş alsın. Bu da təbii ki, mümkün deyil. Ona görə də, iş yerlərində xüsusi seçim var, xüsusi test imtahanları var ki, bu zaman da, ən qabiliyyətli, ən bacarıqlı, ən savadlı, işgüzar adamları bura götürürlər. Bu normal bir şeydir, yəni bazar iqtisadiyyatın tələblərinə uyğun bir məsələdir.
Hesab edirəm ki, bizim tələbələrimiz Avropa tələbələri ilə müqayisədə, bəzi şeylərə görə geridə qalırlar. Məsələn, Avropada boş vaxtlarında gedib ən xırda işlərdə işləmək belə eyib sayılmaz, hətta o onun üçün qürur sayılar ki, mən müstəqil adamam, başqasından asılı deyiləm, o cümlədən valideyinlərimdən asılı deyiləm, öz yaşayışımı özüm təmin etməyi bacarmalıyam. Orada həm oxuyur, həm də boş vaxtlarında işləyir, bu da müxtəlif iş ola bilər: qabyuyan da işləyə bilər, yükdaşıyan da işləyə bilər və buna da normal baxirlar. Belə də lazımdır ki, vicdanla, namusla çörək qaza biləsən və bu da eyib hesab olunmamalıdır. Bunun üçün birinci növbədə biz, bunu beynimizdə yerləşdirməliyik və ikinci növbədə də, hər kəs öz qabiliyyətinə görə işlə təmin olunur. Əgər bu il təmin olunmursa, gələn il təmin olunacaq, dəxli yoxdur, amma belə bir atalar sözü var deyir – “Dənlikli muncuq yerdə qalmaz”, yəni qabiliyyətli adam harda olsa, iş tapacaq”.

Musa Quliyev sonda öz arzularını və tövsiyyələrini gənclərə ünvanlayıb: “Mən çox arzu edərdim ki, bizim tələbələrimiz həm savadlı, işgüzar olsunlar, həm də işdən qorxmasınlar”.

Ülfət İmranov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu