Modern.az

ATV Şuşa, Laçın və Kəlbəcərdə yayım üçün MTRŞ-yə MÜRACİƏT ETDİ

ATV Şuşa, Laçın və Kəlbəcərdə yayım üçün MTRŞ-yə MÜRACİƏT ETDİ

17 Noyabr 2020, 15:20

“Azad Azərbaycan” Müstəqil Teleradio Şirkəti Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun işğaldan azad etdiyi Şuşa, Laçın və Kəlbəcərdə 106.3 FM radiosunun proqramlarını yayımlamaq üçün Milli Televiziya və Radio Şurasına (MTRŞ) müraciət ünvanlayıb.

 

Bu barədə Modern.az-a şirkətdən məlumat verilib.

 

Müraciətdə Şuşa, Laçın və Kəlbəcərdə yeni radio ötürücülərin quraşdırılması üçün “Azad Azərbaycan” Müstəqil Teleradio Şirkətinə yayım tezliklərinin ayrılmasına icazə verilməsi xahiş edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI