Modern.az

“Milli Dirçəliş günündə ayağa qalxan ataların oğulları bayrağımızı Qarabağa sancdılar” - Pənah Hüseyn

“Milli Dirçəliş günündə ayağa qalxan ataların oğulları bayrağımızı Qarabağa sancdılar” - Pənah Hüseyn

17 Noyabr 2020, 16:02

“Bu gün - 17 Noyabr tarixi Azərbaycanda Milli Dirçəliş günü kimi qeyd edilir. 1988-ci ilin 17 Noyabrında yüz minlərlə insan Azadlıq meydanında 18 gün fasiləsiz davam edən etiraz aksiyalarına qoşulmuşdu”.


Bu barədə Modern.az-a danışan keçmiş Baş nazir Pənah Hüseynin sözlərinə görə, həmin dövürdə erməni işğalı yenicə başlamışdı.


“İnsanlarımız Azərbaycanın müstəqilliyinin bərpası üçün Qarabağ şüarı ilə ayağa qalxmışdılar. Meydanda səslənən Qarabağ şüarları Azərbaycan xalqının müstəqilliyini, müqavimətini, iradəsini göstərirdi. 20-ci illərdən sonra üçrəngli bayrağımız ilk dəfə həmin meydanda dalğalandı”.


P.Hüseyn qeyd edib ki, bu gün milli iradəmizin sübutu olaraq o meydanda olanların oğulları Qarabağa bayrağımızı sancdılar.


"Bu bizim millətimizin, dövlətimizin şanlı tarixidir. Şükürlər olsun ki, o dövürdə başlanan xalqın dirənişi, müqaviməti, mübarizəsi bu gün böyük qələbə ilə tamamlandı”.

Nəzrin Vahid

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI