Modern.az

Çingiz Qənizadədən dövlət qurumlarına irad - qışa yaydan hazırlaşmaq lazımdır

Çingiz Qənizadədən dövlət qurumlarına irad - qışa yaydan hazırlaşmaq lazımdır

17 Noyabr 2020, 15:54

“Məsul qurumlar qışa yaydan hazırlaşmalıdırlar”. 

 

Bu barədə Modern.az-a açıqlamasında sabiq deputat, Demokratiya və İnsan Hüquqları komitəsinin sədri Çingiz Qənizadə deyib.

 

Sabiq deputat bildirib ki, Bakıda yağışlı hava olanda, göyün üzünü duman alan kimi işıqforların işləməsində problemlər yaranır:

 

“Şəhərin bəzi yerlərində işıqforlar işləmədiyindən hərəkət polislər tərəfindən tənzimlənib.

 

Digər hal kanalizasiya problemləridir. Şəhərdə dünən, sırağagün yağan yağışların təsiri nəticəsində kanalizasiyalarda da problemlər müşahidə olunur”.

 

Sabiq deputatın sözlərinə görə, istilik sistemində də problemlər yaranır:

 

“Vətəndaşlar istilik prosesinin verilməsindən şikayət edirlər. Noyabrın 15-dən istiliyin şəhər üzrə verilməli olmasına baxmayaraq, son günlərdə soyuq keçən hava şəraitində istilik verilmir. İstiliyin verilməsi ilə bağlı yay boyu “Azəristiliktəchizat” ASC yəqin ki, qışa müəyyən tədbirlər görüb. Görübsə, istilik niyə verilmir?! İş görülübsə, işıqforlar niyə yanmır?! İş görülübsə, kanalizasiyalar niyə yenə də dolur?!”

 

Fidan İlqarqızı

 
Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu