Modern.az

Elxan Poluxov braziliyalılara Qarabağdakı qələbəmizdən danışdı

Elxan Poluxov braziliyalılara Qarabağdakı qələbəmizdən danışdı

Aktual

17 Noyabr 2020, 21:43

2020-ci ilin 12-13 noyabr tarixlərində Braziliya Senatının Birinci Vitse Spikeri, Senatda Azərbaycan-Braziliya dostluq qrupunun rəhbəri Antonio Anastasianın dəvəti ilə səfir Exan Poluxov Minas Gerais ştatının paytaxtı Belo Horizonte şəhərinə səfər edib və bir sıra görüşlər  keçirib.

 

Azərbaycanın Braziliyadakı Səfirliyindən Modern.az-a verilən məlumata görə, səfərin ilk günündə E.Poluxov ştatın Sənayeçilər İttifaqının (FİEMG) Prezidenti cənab Flavio Roscoe Noguveira ilə görüş keçirib. Səfir ölkəmizin iqtisadi potensialı, müharibədən sonra yaranmış vəziyyət, azad olunmuş ərazilərdə aparılacaq bərpa işlərinə dair həmsöhbətə məlumat verib, Azərbaycan-Braziliya arasında mümkün əməkdaşlıq sahələrinə dair fikir mübadiləsi aparıb. Görüşdə həmçinin, iştirak edən iş adamları müxtəlif sual verib və çıxışlar ediblər.

 

Eyni gün səfir E.Poluxov ştatın qanunverici orqanının Prezidenti, deputat Agostino Patrus ilə görüş keçirib. A.Patrus müharibənin sona çatması ilə bağlı qonağa təbrik sözlərini ifadə edərək, ölkəmiz ilə əlaqələrin qurulmasında maraqlı olduğunu bildirib, bu istiqamətdə A.Anastasianın apardığı işlərdən xəbərdar olduğunu qeyd edib. Cavab olaraq səfir E.Poluxov, Ermənistan-Azərbaycan müharibəsi, onun ağır nəticələri, mülki əhalinin hədəfə alınması və ölkə rəhbərliyimizin bölgədə sülhün bərqərar olmasına dair mövqeyi barədə məlumat verib. Həmçinin, səfir Ermənistanın atdığı addımlar haqqında məlumatları təqdim edərək, yerli qanunverici orqanının deputatlarının məlumatlandırılmasını həmsöhbətdən xahiş edib. Öz növbəsində görüşdə iştirak edən A.Anastasia, müharibənin sona bitməsi ilə əlaqədar öz təbriklərini ifadə edərək, ölkəmizə səfər zamanı Azərbaycanın həqiqətən multikulturalizm və tolerantlıq məkanı olduğunu təsdiqləyib.

 

Növbəti gün səfir E.Poluxovu Minas Gerais ştatının Vitse Qubernatoru cənab Paulo Brant qəbul etmiş, qonağı məlum müharibənin başa çatması və bununla da çoxsaylı insan həyatlarının xilas olunması ilə bağlı təbrik edib. O, təmsil etdiyi ştatın Azərbaycanla yeni əlaqələrinin qurulmasına  şad olduğunu bildirmiş və ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər barədə məlumatlı olduğunu qeyd edib. Cavab olaraq, E.Poluxov Braziliya-Azərbaycan arasında sıx və faydalı əlaqələrin olduğunu və müxtəlif sahələrin –iqtisadi, mədəni, elmi və s. əhatə etdiyini bildirərək, Minas Gerais ştatı ilə eyni formada münasibətlərin qurmağa maraqlı olduğumuzu diqqətə çatdırıb. Sonda həmsöhbətə ölkəmiz və münaqişə haqqında məlumatlar təqdim olunub. Bildirilib ki, ölkə başçısı Ali Baş Komandanın cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz şücaət göstərib və onillərlə davam edən Ermənistan-Azərbaycan münaqişəsinə son qoyaraq vətənimizin ərazi bütövlüyün bərpa edilməsinə nail olmuş və bununlada müstəqilliyimizin ilk günlərindən ən ağrılı problemimizi həll edib.

     

Səfər çərçivəsində E.Poluxov, həmçinin, yerli filarmoniya, ştatın Federal universitetinin rəhbərliyi ilə görüşlər keçirib, yerli mətbuatda müsahibələr verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu