Modern.az

“Ermənistanın Qarabağ razılaşmasından imtinası ölkə üçün intihar olar”

“Ermənistanın Qarabağ razılaşmasından imtinası ölkə üçün intihar olar”

17 Noyabr 2020, 22:00

"Ermənistanın Qarabağla bağlı hazırkı razılaşmadan imtina etməsi ölkə üçün intihar olar".

 

Modern.az xəbər verir ki, bunu "Rossiya-24" telekanalına müsahibəsində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin deyib.

 

Onun sözlərinə görə, razılaşmadan imtina böyük səhv olar:

 

"Bu, intihar olardı. Baş nazir Nikol Paşinyan üçün əlbəttə ki, çətin idi, lakin üçtərəfli bəyanatımızı imzalayarkən real mənzərəni və vəziyyəti olduğu kimi açıqladı, vəziyyət bu gün də belədir. Əlavə edəcək bir şey yoxdur. O, bütün həqiqəti söylədi".

 

Kreml rəhbəri eyni zamanda qeyd edib ki, müqavilələrə riayət etmək və ya yerinə yetirməmək hər bir ölkənin öz işidir, lakin öhdəlikləri yerinə yetirməmək böyük səhv olardı.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu