Modern.az

Monitorinq mərkəzinin harada yerləşəcəyinə Bakı özü qərar verəcək - Putin

Monitorinq mərkəzinin harada yerləşəcəyinə Bakı özü qərar verəcək - Putin

Aktual

17 Noyabr 2020, 22:36

"Bakı özü monitorinq mərkəzinin harada yerləşəcəyinə qərar verəcək".

 

Modern.az xəbər verir ki, bunu "Rossiya-24" telekanalına müsahibəsində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin deyib.

 

“Birgə monitorinq mərkəzi Azərbaycanın suveren ərazisində yerləşəcək. Azərbaycanın müstəqil qərar vermək hüququ var. Haranı məqsədə uyğun bilsə, orada yerləşdiriləcək”, - deyə V.Putin bildirib.

 

O, əlavə edib ki, Rusiya-Türkiyə mərkəzi onlayn rejimdə Qarabağdakı vəziyyətə nəzarət üçün pilotsuz uçuş aparatlarından istifadə edəcək.

 

“Biz pilotsuz uçuş aparatlarından istifadə edəcək birgə mərkəz yaradacağımız barədə razılığa gəlmişik. Birlikdə bu təyyarələrin köməyi ilə təmas xətti boyunca vəziyyətə nəzarət edəcəyik, birlikdə məlumat alacağıq, birlikdə təhlil edəcəyik və buna görə hazırda həqiqətən baş verənlərdən nəticə çıxaracağıq”, - deyə Rusiya lideri bildirib.

 

V.Putin bildirib ki, Qarabağdakı Rusiya Federasiyasının sülhməramlı kontingentinin sayı kifayət qədərdir:

 

"Sülhməramlıların sayının artırılması yalnız tərəflərin razılığı əsasında mümkündür".

 

Xatırladaq ki, Rusiya və Azərbaycan Prezidentləri və Ermənistanın Baş nazirinin noyabrın 10-da imzaladıqların üçtərəfli razılaşmanın 5-ci bəndinə əsasən Qarabağda sülhə nəzarət üçün birgə monitorinq mərkəzi fəaliyyət göstərəcək. Monitorinq mərkəzinə Türkiyə və Rusiya daxildir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu