Modern.az

“Türkiyəni Qarabağ məsələsində günahlandırmaq olmaz” - Rusiya prezidenti

“Türkiyəni Qarabağ məsələsində günahlandırmaq olmaz” - Rusiya prezidenti

Aktual

17 Noyabr 2020, 23:21

“Dağlıq Qarabağ məsələsində Türkiyəyə istənilən qiyməti vermək olar, ancaq onu beynəlxalq hüququ pozmaqda günahlandırmaq olmaz”.

 

Modern.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin "Rossiya 1" telekanalına müsahibəsində deyib.

 

“Yeri gəlmişkən, Türkiyə əvvəldən Qarabağ məsələsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupunun üzvü olub. Odur ki, Türkiyə tənzimlənmə üzrə beynəlxalq institutun, beynəlxalq mexanizmin daxilində olub”, - deyə Rusiya Prezidenti bildirib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu