Modern.az

Şuşaya çəkilən yeni avtomobil yolu nə vaxt istifadəyə veriləcək?

Şuşaya çəkilən yeni avtomobil yolu nə vaxt istifadəyə veriləcək?

İqtisadiyyat

18 Noyabr 2020, 14:42

Prezident İlham Əliyev Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Modern.az-a deyib ki, ölkə başçısının sərəncamına uyğun olaraq, artıq yeni yolun inşasına başlanılıb:

 

Yeni yol Füzulinin Əhmədbəyli kəndi ərazisindən başlayaraq, Füzuli şəhərindən keçməklə Tağaverdi və Daşaltı ərazilərini əhatə edərək Şuşa şəhərinə qədər çəkiləcək. Üç gündür tikintisinə başlanılan yol, Qarabağın gələcək perspektivi nəzərə alınmaqla çəkilir. Əsas hissəsi dörd zolaqlı olacaq yol üç gediş, üç gəliş olmaqla altı hərəkət zolağından ibarət olacaq, iki hərəkət zolağı isə xidməti yol olacaq. Həmin iki zolaq yük avtomobilləri və xüsusi texnikaların hərəkəti üçün hesablanıb”.

 

Onun sözlərinə görə, 101,5 kilometr uzunluğu olan yolun tam tikintisinin yekunlaşması 1 il 6 aya planlaşdırılır:

 

“Amma bu o demək deyil ki, il yarım müddətə qədər həmin yolda hərəkət olmayacaq. Yol tədricən tikildikcə hazır olan ərazilər istifadəyə veriləcək. Yol həm yerli, həm də xarici şirkətlər tərəfindən inşa ediləcək. Ərazinin relyefi nəzərə alınaraq həmin yolun tikintisinə Türkiyənin xüsusi ixtisaslaşmış tikinti şirkətləri cəlb edilib".

 

Onun sözlərinə görə, yeni tikilən yolun əvvəllər fəaliyyətdə olan Ağdam-Xankəndi-Şuşa yoluna aidiyyatı yoxdur: "Şuşa şəhərinə əvvəllər Ağdam rayonundan yol olub. Lakin bu yolun hələlik istifadəsi mümkün deyil. Ona görə də Şuşaya Füzuli rayonundan yeni yol çəkilir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!