Modern.az

Şəhid ailələrinə sovqat göndərildi

Şəhid ailələrinə sovqat göndərildi

Aktual

18 Noyabr 2020, 20:40

Qadın Sahibkarlar Assosiasiyası (QSA), “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİ İB) və “Bakı Tekstil Fabriki” MMC respublikanın ayrı-ayrı şəhərlərində yaşayan bir neçə şəhid ailəsinə 17 noyabr – Milli Dirçəliş Günü münasibəti ilə bayram sovqatı göndərib.

 

Modern.az-ın məlumatına görə, İkinci Qarabağ müharibəsi günlərində qəhrəmanlıq göstərərək şəhid olmuş hərbçilərimizin ailələri ilə birgə bayramlaşan QSA, ABAİ İB və BTF MMC, Milli Dirçəliş Gününün bu il əsl milli dirçəliş günü mahiyyətində qeyd edilməsinin fərəhini şəhid ailələri ilə paylaşmağı bir mənəvi borc olaraq qiymətləndirib.

 

Adıkeçən qurumlar ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə yüksək diqqət və qayğısını özləri üçün ən yaxşı örnək kimi qəbul edir. QSA, ABAİ İB, BTF MMC rəhbərliyi və əməkdaşları belə nəcib tədbirlərin gələcəkdə də birgə davam etdirilməsini planlaşdırır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu