Modern.az

Millimizin Millətlər Liqasındakı yeri dəqiqləşdi

Millimizin Millətlər Liqasındakı yeri dəqiqləşdi

Aktual

19 Noyabr 2020, 08:47

Bu gün Millətlər Liqasında qrup mərhələsi başa çatacaq.

 

Modern.az xəbər verir ki, Azərbaycan yığmasının ümumi sıralamadakı yeri artıq müəyyənləşib.

 

C liqasının 1-ci qrupunda 3-cü yeri tutan Canni de Byazinin yetirmələri Millətlər Liqasını 43-cü pillədə başa vurub. Millimiz bu liqada çıxış edən 16 komandadan yalnız 5-ni qabaqlamağı bacarıb ki, onlardan 4-ü qrup sonuncuları, biri isə 3-cü qrupda 3-cü yeri tutacaq kollektivdir. Həmin qrupda bu gün keçiriləcək son tur matçlarının nəticələri də komandamızın mövqeyinə təsir etməyəcək.

 

Qrup mərhələsində 6 xal toplayan Azərbaycan öz liqasında yalnız Kipr, Estoniya, Kosovo, Moldova və Qazaxıstandan güclü olub.

Qeyd edək ki, Millətlər Liqasında 55 ölkə oynayır.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu