Modern.az

“Elçibəy İnstitutu”na icra direktoru TƏYİN EDİLDİ

“Elçibəy İnstitutu”na icra direktoru TƏYİN EDİLDİ

Aktual

19 Noyabr 2020, 17:05

İki gün öncə - 17 noyabr Milli Dirçəliş günündə təsis olunan “Elçibəy İnstitutu” ictimai birliyi ilə bağlı yeni xəbər var.

Modern.az-ın məlumatına görə, bu barədə qurumun təsisçilərindən olan İsa Qəmbər bildirib.

O deyib “Elçibəy İnstitutu” qəbul etdiyi əsasnaməyə uyğun şəkildə fəaliyyətə başlayıb:

“Qurumun fəaliyyətinə ümumi rəhbərliyi Məsləhət Şurası həyata keçirir. İndilik 8 nəfər təsisçidən ibarət Məsləhət Şurası tərkibinə yeni üzvlər qəbul etmək səlahiyyətinə də malikdir.

Bu gün Məsləhət Şurası “Elçibəy İnstitutu”nun icra direktorunu təyin edib. Əsasnaməyə görə, icra direktoru qurumun cari fəaliyətinə rəhbərliyi həyata keçirir, institutu təmsil edir.
Məsləhət Şurasının qərarı ilə icra direktoru görəvi Əbülfəz Elçibəyin ən yaxın silahdaşlarından biri olmuş Oqtay Qasımova həvalə edilib”.

Qurumun Məsləhət Şurasının üzvləri bunlardır: Arif Hacılı, Arzu Səmədbəyli, Əli Kərimli, İsa Qəmbər, İsmayıl Musa, Qiyas Sadıqov, Oktay Qasımov, Pənah Hüseyn.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu