Modern.az

Şamaxıya qar yağıb, yollar buz bağlayacaq 

Şamaxıya qar yağıb, yollar buz bağlayacaq 

19 Noyabr 2020, 19:00

Bu gün Şamaxı rayonuna qar yağıb.

 

APA-nın yerli bürosunun xəbərinə görə, rayon mərkəzinə 3-5 sm, dağlıq ərazilərə isə 10-15 sm hündüryündə qar düşüb.

Ən çox qar rayonun Qızmeydan, Talışnuru, Ərçiman, Pirbəhli, Sis və Dəmirçi kəndlərinə düşüb. Kənd sakinlərinin sözlərinə görə, qar əkin sahəsinə müsbət təsir edəcək. Yağan qar məhsuldarlıqla yanaşı, taxıl sahələrində yuva quran zərərvercilərin kütləvi qırılmasına səbəb olacaq. 

Səhər saatlarından Şamaxı-Pirqulu avtomobil yolunda qarın təmizlənməsi işlərinə start verilib. Texinikalar vasitəsi ilə yol təmizlənib. Yola qum-duz qarışığı tökülüb.

Hazırda magistral və kənd yollarında hərəkət normaldır.

Şamaxı ərzisində gecə saatlarında şaxta və dumanlı hava olacaq, yollar buz bağlayacaq, bu səbəbdən yola çıxan sürücülərin ehtiyatlı olmaları tövsiyə olunur.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu