Modern.az

Türkiyəli müşahidəçilər bir neçə günə gələcək

Türkiyəli müşahidəçilər bir neçə günə gələcək

19 Noyabr 2020, 20:44

Türkiyəli müşahidəçilər bir neçə gün ərzində Azərbaycana göndəriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə “TRT Haber” diplomatik mənbələrə istinadla məlumat yayıb.

 

Nəşr qeyd edir ki, Türkiyə və Rusiyadan olan müşahidəçilərin Qarabağdakı atəşkəsə nəzarət vəzifəsinin detalları da bir neçə gün ərzində bəlli olacaq.

Bundan dərhal sonra türkiyəli müşahidəçilər monitorinq mərkəzi üçün Azərbaycana gələcək.

 

Yerini Azərbaycanın müəyyən edəcəyi ortaq monitorinq mərkəzi ən müasir texnologiyalarla təchiz olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu