Modern.az

Ucarda ağır qəza Gəncə istiqamətində tıxac yaratdı

Ucarda ağır qəza Gəncə istiqamətində tıxac yaratdı

19 Noyabr 2020, 22:04

Ucarda bir nəfərin ölümü, bir nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib. 

 

Modern.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qazıqumlaq kəndindən keçən hissəsində qeydə alınıb.

 

Ağdam rayon sakini, 1960-cı il təvəllüdlü Fikrət Səlimovun idarə etdiyi "Hyundai" markalı minik maşını qoşqulu traktora çırpılıb. Nəticədə sərnişin - 1964-ci il təvəllüdlü İradə Əliyeva hadisə yerində ölüb. "Hyundai"ın sürücüsü F.Səlimovisə xəsarət alıb. 

 

Hadisə baş verən magistral yolun Gəncə istiqamətində tıxac yaranıb.

 

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır (apa).

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu