Modern.az

Mədəaltı vəz xərçənginin ilkin ƏLAMƏTLƏRİ

Mədəaltı vəz xərçənginin ilkin ƏLAMƏTLƏRİ

20 Noyabr 2020, 08:27

ABŞ-ın Mayo klinikasının həkim-qastroenteroloqu Mark Yolles erkən mərhələdə mədəaltı vəz xərçəngini təyinetmə üsulu barədə danışıb.

 

Modern.az xəbər verir ki, bu barədə "MedicalXpress" nəşri yazıb.

 

Həkimin sözlərinə görə, düzgün qidalanan, artıq çəkisi və pis vərdişləri olmayan insana diabet diaqnozu qoyulması mümkündür.

 

"Yəni diabet gözlənilmədiyi yerdə ortaya çıxır. Bu hallarda mədəaltı vəz xərçəngi şəkərli diabetə səbəb olur", - deyə mütəxəssis izah edib.

 

Yolles mədəaltı vəz xərçənginin ən çətin aşkarlanan xərçəng xəstəliyi növlərindən biri olduğunu xatırladıb. O qeyd edib ki, indi mütəxəssislər skrininq vasitəsi ilə içi maye ilə dolu şişi təyin etməyi öyrəniblər. Bu da şişin inkişafı barədə xəbər verə bilər.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu