Modern.az

Biz hər birimiz doğma torpaqlarımıza getməyi səbirsizliklə gözləyirik

Biz hər birimiz doğma torpaqlarımıza getməyi səbirsizliklə gözləyirik

20 Noyabr 2020, 09:23

 

Azərbaycan dövləti hər zaman Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həllinə çalışırdı. Prezident İlham Əliyev Ermənistanı dəfələrlə təxribatçı hərəkətlərə son qoymağa çağırış etmişdi. Lakin pandemiyaya baxmayaraq, 2020-ci ilin 27-sentyabrından Ermənistan BMT-nin atəşkəsə qarşı qlobal çağırışını pozaraq müstəqil Azərbaycan dövlətininə hücum etdi və cəbhə boyunda yenidən tərxribatlar törətdi. Ermənistan silahlı qüvvələrinin məqsədi sülh prosesini pozmaq və Azərbaycanı müharibəyə cəlb etmək idi. 

 

Bir çox ölkələr Ermənistanın Azərbaycana qarşı bu təcavüzkar siyasətini həmişə pisləyiblər. Ali Baş Komandan olaraq cənab İlham Əliyevin qətiyyətli çıxışlarından və qələbəyə doğru atdığı addımlardan hər bir soydaşımız mənəvi güc alır. Dağlıq Qarabağın işğaldan azad olunması uğurunda zəfər Qələbəsilə Prezident İlham Əliyevin adı Azərbaycan tarixinə qızıl hərflərlə düşəcək. Dünyanın harasından yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Prezident İlham Əliyevi özünə lider bilir. 

 

Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına 16 noyabr tarixində etdikləri səfər hər birimizin böyük sevincinə səbəb oldu. Prezident İlham Əliyev Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırdı. Bu görüntülər Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir. Qələbə hisslərini yaşadan Prezidentə xalq öz sevgisini nümayiş etdirdi. Qələbədən sonra bölgələrə ilk səfərini edən Prezident əslində sevinc hisslərini öz xalqıyla bölüşmüş oldu. Hər zaman xalqın dəstəyinə arxalanan Prezident xalqın məhəbbətinə layiq görülüb. Xalqın rəğbəti, məhəbbəti və dəstəyini qazanmaq hər bir ölkə başçısı üçün ən böyük mükafatdır. Bununla Prezident hər zaman xalqın yanında olduğunu bir daha sübut etdi. Bütün dövrlərdə və yaşanan hadisələrdə Prezidentin seçimi xalqın yanında olmaqdan ibarət olub. Bu dəfə də ölkə başçısı bütün təhlükələrə rəğmən Füzuli və Cəbrayıl rayonlarına səfər etdi və öz qələbə sevincini xalqla bölüşdü.

 

Əlbəttə ki, bir Füzuli sakini kimi bu səfər mənim üçün iki qat sevincdir. Doğma el- obamızın viran olumasını görmək nə qədər bizə ağır olsa da, Prezidentin bura səfəri və orada dünyaya mesaj verməsi hər birimizi qürurlandırır: “Mənfur düşmən Füzulinin adını da dəyişdirib, bir eybəcər ad qoyubdur. Füzuli bizim dahi, böyük şairimiz Məhəmməd Füzulinin adını daşıyır. Biz bu adı bərpa etmişik. Dağıdılmış Füzuli şəhəri erməni faşizminin canlı şahididir. Bütün dünya bunu görməlidir və səssiz qalmamalıdır, necə ki, 30 il səssiz qalıb, 30 il biganə qalıb. O biganəlik faktiki olaraq erməni işğalını möhkəmləndirirdi. Bizi sanki bu vəziyyətlə barışmağa sövq edirdilər, sülh yolu ilə məsələ həll olunsun, ildən-ilə, 30 il ərzində biz eyni sözləri eşidirdik – münaqişənin hərbi həlli yoxdur, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Amma biz sübut etdik ki, münaqişənin həlli var, o cümlədən hərbi həlli var. Bizim qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına biz bunu bütün dünyaya sübut etmişik, münaqişənin hərbi həlli var və biz buna nail olmuşuq. Əgər bu hərbi həll olmasaydı, düşmən kapitulyasiya aktını imzalamazdı”. 

 

Biz hər birimiz doğma torpaqlarımıza getməyi səbirsizliklə gözləyirik. İnanırıq ki, dövlətin dəstəyi ilə işaldan azad olunan bütün torpaqlarımızda infrastruktur yenidən bərpa olunacaq, müasir evlər tikiləcək və beləcə buralarda həmvətənlərimiz öz həyatlarını yaşayacaqlar.  

       

Uzun illər rəhbər vəzifədə işləmiş birisi, ağsaqqal kimi əminliklə bildirirəm ki, soydaşlarımız Prezident İlham Əliyevin daxili və xarici siyasətiniz dəstəkləyirlər. Bu, özünü xalq-iqtidar birliyində hər zaman büruzə verir. İkinci Qarabağ müahribəsində qələbəmizin əsas səbəblərindən biri də həmin günlərdə xalqın Prezidentə, Prezidentinsə xalqa arxalanması oldu. Məhz bu güc biriliyi bizi qalib etdi.     

 

Aslan Mehdiyev

Binəqədi RİH yanında İctimai Şuranın sədri 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu