Modern.az

Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi 6 ayın korrupsiya faktlarını açıqladı

Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi 6 ayın korrupsiya faktlarını açıqladı

Təhsil

18 İyul 2012, 11:44

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev 2012-ci ilin birinci yarısının yekunlarına dair mətbuat konfransı keçirib.

Modern.az-ın məlumatına görə, K.Əliyev bildirib ki, bu ilin birinci yarısında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə ümumilikdə 1328 müraciəti araşdırıb. Nəticədə 27 müraciət və 83 digər məlumatlara (ümumilikdə 110) cinayət xarakterli material kimi baxılıb. Onlardan 61-i və ya 55,45 %-i üzrə müxtəlif maddələrlə cinayət işləri başlanıb
Hesabat dövründə “161 Qaynar xətt”inə 2624 müraciət daxil olub.

K.Əliyev bildirib ki, korrupsiya və rüşvətxorluqda təqsirli bilinərək axtarışa verilən 7 nəfər Azərbaycandan xaricə qaçıb və hazırda onların tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Ümumilikdə axtarışda olan 21 nəfərdən 14-ü tutularaq, istintaqa təhvil verilib.

2012-ci ilin I yarımili ərzində idarədə 141 cinayət işinin ibtidai istintaqı aparılıb, onlardan 160 şəxs barəsində 82 cinayət işi baxılması üçün məhkəməyə göndərilib. Məhkəməyə göndərilmiş cinayət işlərindən 98 şəxs barəsində 41 iş ağır cinayətlər məhkəməsinə, 62 şəxs barəsində 41 cinayət işi rayon (şəhər) məhkəmələrinə göndərilib. Həmin cinayət işləri əsasən rüşvət alma (passiv rüşvətxorluq), vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma, səhlənkarlıq, talama, dələduzluq və digər faktlarla əlaqədar olub.

Hesabat dövründə görülmüş tədbirlər nəticəsində 26 vəzifəli şəxs cinayət başında yaxalanıb, onlara cinayət işləri açılıb.

Məhkəmələrə göndərilmiş 82 cinayət işi üzrə ibtidai araşdırma mərhələsində hüquqi və fiziki şəxslərə dəymiş 7 milyon 484 min 241 manat məbləğində ziyanın ödənilməsi təmin edilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış