Noyabrın 21-22-də Səudiyyə Ərəbistanında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığının (ASİƏ) növbəti sammiti keçiriləcək. Toplantı onlayn formatda baş tutacaq.
Modern.az xəbər verir ki, G20 sammiti ölkə liderlərinin virtual görüşü şəklində baş tutacaq. Görüşdə koronovirus infeksiyasının yayılması, energetika, iqlim və korrupsiya ilə mübarizə məsələləri müzakirə ediləcək.
ASİƏ-nın tərkibinə 19 ölkə daxildir, onlardan 12-si təsisçi dövlətlərdir – Avstraliya, Bruney, İndoneziya, Kanada, Malayziya, Yeni Zellandiya, Sinqapur, ABŞ, Tailand, Filippin, Cənubi Koreya və Yaponiya. Sonradan bura ÇXR, Meksika, Papua-Yeni Qvineya, Çili, Rusiya, Vyetnam və Peru.
Bu il toplantıda ABŞ prezidenti Donald Trampın da iştirak edəcəyi gözlənilir.