Modern.az

Putin Qarabağla bağlı Rusiyadakı azərbaycanlı və ermənilərə diqqət çəkdi

Putin Qarabağla bağlı Rusiyadakı azərbaycanlı və ermənilərə diqqət çəkdi

Aktual

20 Noyabr 2020, 21:00

“Rusiya üçün bu tip münaqişələr və onların həlli xüsusi əhəmiyyət kəsb edir, Rusiyada milyonlarla erməni və azərbaycanlının yaşadığını nəzərə alaraq, bunlar bizim üçün boş sözlər deyil”.

 

Modern.az-ın RİA Novosti-yə istinadla məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağda Rusiya sülhməramlı missiyası ilə bağlı keçirilən iclasda deyib.

 

O, Rusiyanın Azərbaycan və Ermənistanla çoxəsrlik əlaqələrə malik olduğunu qeyd edib.

 

“Bunun bizim üçün daxili siyasi ölçüsü də var və daxili təhlükəsizliyin təmin edilməsi baxımından, siyasət baxımından böyük maraq doğurur”, - deyə Putin bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu