Bakının Nərimanov rayonu ərazisində, Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində (20 Yanvar dairəsi istiqamətində) yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev özünün feysbuk hesabında yazıb.
Onun sözlərinə görə, hazırda ərazidə sıxlıq var.
T.İSMAYIL