Modern.az

Sumqayıtda iki maşın toqquşdu

Sumqayıtda iki maşın toqquşdu

Aktual

20 Noyabr 2020, 22:41

Sumqayıt şəhərində yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

 

Belə ki, 50-CT-183 dövlət nömrə nişanlı "VAZ 2112" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yolun sağında dayanan 99-TP-479 dövlət nömrə nişanlı "KİA Optima" markalı maşına çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

 

Hadisə yerinə DYP əməkdaşları və təxliyə maşını gəlib (report).

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu