Modern.az

Bu şəhərlərdə şənbə-bazar günləri repetitor xidməti qadağandır

Bu şəhərlərdə şənbə-bazar günləri repetitor xidməti qadağandır

Aktual

21 Noyabr 2020, 00:15

2020-ci il 28 dekabr saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimində Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində 10 nəfər şəxsin iştirakı ilə tədris və repetitor xidmətlərinin həyata keçirilməsinə icazə verilir.

 

Modern.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə” qərarında əksini tapıb.

 

Ancaq 2020-ci il 21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək, 28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək, 5 dekabr saat 00:00-dan 7 dekabr saat 06:00-dək, 12 dekabr saat 00:00-dan 14 dekabr saat 06:00-dək, 19 dekabr saat 00:00-dan 21 dekabr saat 06:00-dək, 26 dekabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək - yəni şənbə və bazar günləri Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində 10 nəfər şəxsin iştirakı tədris və repetitor xidmətlərinin həyata keçirilməsi qadağandır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu