Modern.az

Trampın oğlu koronavirusa yoluxdu

Trampın oğlu koronavirusa yoluxdu

21 Noyabr 2020, 08:46

ABŞ Prezidenti Donald Trampın oğlu kiçik Donald Tramp koronavirusa yoluxub.

 

Modern.az “TASS”a istinadən xəbər verir ki, bu barədə onun rəsmi təmsilçilərinin yaydığı bəyanatda deyilir.

 

“Həftənin əvvəlində Donun testi müsbət nəticə verdi. O, bundan sonra kottecində karantində olub. Onda qətiyyən simptomlar yoxdur, COVID-19-a aid tibb müəssisəsinin tövsiyələrinə tam əməl edir", - ABŞ Prezidentinin oğlunun təmsilçiləri qeyd edib.

 

Qeyd edək ki, kiçik Tramp atasının “Trump Organization” kompaniyasının vitse-prezidentlərindən biridir.

 

Xatırladaq ki, okyabrın 2-də ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melanya Trampda da COVID-19 aşkarlanmışdı. Müalicədən sonra Trampın testi mənfi nəticə vermişdi. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu