Modern.az

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 60 ailə seçdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 60 ailə seçdi

Təhsil

18 İyul 2012, 14:31


İyulun 18-də Ağstafa, Qazax, Tovuz və Daşkəsən rayonlarında «Özünədəstək» - Birdəfəlik ünvanlı sosial yardım layihəsinə cəlb olunmaq üçün seçilmiş ümumilikdə 60 aztəminatlı ailə (hər rayon üzrə 15 ailə) ilə «Sosial müqavilə»lər imzalanıb, onlara müvafiq bildirişlər təqdim olunub.

Bununla əlaqədar Ağstafa rayonunda keçirilən tədbirdə iştirak edən  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Asəf Əliyev «Sosial müqavilə»lər bağlanan ailələrlə görüşündə bu proqramın icrasının aztəminatlı ailələrin daimi məşğulluğuna, onların təsərrüfatlarının inkişafına müsbət təsir göstərdiyini, özünütəminetmə imkanlarını artırmaq üçün müvafiq potensiallara malik olan hər bir aztəminatlı ailənin bu layihəyə cəlb ediləcəyini vurğulayıb. Asəf Əliyev həmin ailələrə bu yeni layihənin yaratdığı imkanlardan daha səmərəli şəkildə yararlanaraq, öz təsərrüfatlarını inkişaf etdirməyi tövsiyə edib, onlara bu sahədə uğurlar arzulayıb. Tədbirdə aztəminatlı ailələrə yeni layihənin xüsusiyyətləri, layihəyə cəlb olunmaq üçün ailə planının hazırlanması və s. barədə izahatlar verilib. Aztəminatlı ailələrin nümayəndələri bu kimi aktiv sosial müdafiə tədbirlərinin işə salınmasını möhtərəm ölkə rəhbərinin aztəminatlı ailələrə diqqət və qayğısının daha bir real nümunəsi olduğunu vurğulayıblar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Modern.az-a bildirilib ki, bu vaxtadək Tovuz, Masallı, Xaçmaz, İsmayıllı, Bakının Nizami rayonlarında və Sumqayıt şəhərində  «Özünədəstək» proqramı icra olunub və layihənin bütün ölkədə tətbiqi nəzərdə tutulur. «Özünədəstək» layihəsinə cəlb olunacaq ailələrin seçilməsində nazirlik yanında fəaliyyət göstərən, ixtisaslaşmış QHT-lərin təmsil olunduğu İctimai Şuranın üzvləri də iştirak edirlər.

Proqrama əsasən, şəxsi yardımçı təsərrüfatlarını inkişaf etdirmək və səmərəli əmək fəaliyyəti ilə məşğul olmaq istəyən ailələrə bir il ərzində ala biləcəkləri ünvanlı sosial yardımın məbləği qabaqcadan birdəfəlik formada ödənilir. Bu məqsədlə ailə və ərazi üzrə Əhalinin sosial müdafiəsi mərkəzi arasında tərəflərin hüquq və vəzifələri qeyd edilən «Sosial müqavilə» imzalanır. Həmçinin ailə məşğul olacağı fəaliyyətlə bağlı «Ailənin fəaliyyət planı»nı hazırlayır və 1 il ərzində həmin planda göstərdiyi öhdəlikləri yerinə yetirir.

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış