Modern.az

Şoyqu Qarabağda qurulan müşahidə məntəqələrin sayını AÇIQLADI

Şoyqu Qarabağda qurulan müşahidə məntəqələrin sayını AÇIQLADI

Aktual

21 Noyabr 2020, 12:19

Bu günlərdə Qarabağ ərazisində 23 müşahidə məntəqəsi qurmuşuq.

 

Modern.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə deyib:

 

“Bəyanat imzalanandan sonra qısa bir müddət ərzində sülhməramlıları bölgəyə yerləşdirdik. Dünən (noyabrın 20-də - red.) bu proses başa çatdı. Biz Xankəndinə gedən yola, Laçın dəhlizinə nəzarət edirik. Xankəndindən köçənlərin geri qayıtmasını və hərəkətin təhlükəsizliyini təmin edirik. Bizim əsas hədəfimiz qan tökülməsinin qarşısının alınmasıdır. Biz bütün məsələləri, o cümlədən hərbi və hərbi-texniki istiqamətdə əməkdaşlıqları müzakirə edəcəyik”, - Şoyqu bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu