Modern.az xarici KİV-ə istinadən bildirir ki, Suriyanın müdafiə naziri Davud Raciha terror aktı nəticəsində həlak olub. Bu gün səhər baş vermiş hadisəni intiharçı-terrorçu həyata keçirib. O, Milli Təhlükəsizlik Nazirliyinin binasına soxularkən binada güc strukturları rəhbərlərinin toplantısı keçirilmiş.