Mükafatlar “1001 gecə”də təqdim olunacaq

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) milli mətbuat günü ilə bağlı elan etdiyi müsabiqəyə 77 yazı təqdim olunub. Müsabiqənin nəticələri 22 iyul Milli Mətbuat günü elan olunacaq. Həmin gün xüsusi tədbir təşkil olunacaq.
KİVDF-nin icraçı direktoru Vüqar Səfərlinin
Modern.az-a verdiyi məlumata görə, milli mətbuatın yarandığı gün “1001 gecə” restoranında təşkil olunacaq tədbirdə müsabiqənin qaliblərinin adları açıqlanacaq:
“Müsabiqəyə 77 yazı təqdim olunub. Ötən il olduğu kimi bu il də milli mətbuat günü ilə bağlı tədbir “1001 gecə” restoranında baş tutacaq. Həmin tədbirdə müsabiqə qalibləri mükafatlandırılacaq”.
Gültəkin Ələsgər