Modern.az

Nazir: "Əmanətləri qaytaran “Kapital Bank”ın bir neçə əməkdaşı cəzalandırılıb"

Nazir: "Əmanətləri qaytaran “Kapital Bank”ın bir neçə əməkdaşı cəzalandırılıb"

Təhsil

18 İyul 2012, 18:20

Fərdi birdəfəlik ödəmələrin verilməsi ilə bağlı yaradılmış Xüsusi Komissiyanın iclası keçirilib


Maliyyə naziri Samir Şərifovun iştirakı ilə Azərbaycan Prezidentinin 14 mart 2012-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədi ilə Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi zamanı yaranmış mübahisəli məsələlərə baxılması və  prosesə ümumi nəzarətin həyata keçirilməsi məqsədi ilə Maliyyə Nazirliyinin nəzdində yaradılmış Xüsusi Komissiyanın iclası keçirilib.
Bu barədə Modern.az-a Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xüsusi Komissiyanın iclasında çıxış edən maliyyə naziri S.Şərifov bildirib ki, Kapital Bankın xidmət məntəqələrində fərdi birdəfəlik ödəmələrin verilməsi işi uğurla davam edir. Nazir əlavə edib ki, prosesin gedişində zaman-zaman ortaya çıxan problemlər opertaiv şəkildə həll edilir və nəzərdə tutulduğu kimi əmanətçilərə ödəmələrin verilməsi 2013-cü ilin sonunadək tam şəkildə uğurla başa çatdırılacaq. Nazir eyni zamanda, Xüsusi Komissiyanın qarşıya qoyulmuş vəzifələri müvəffəqiyyətlə icra etdiyini, fərdi birdəfəlik ödəmələrin verilməsi zamanı yaranmış mübahisəli məsələlərlə bağlı əmanətçilər tərəfindən daxil olan müraciətlərin operativ şəkildə araşdırılaraq müvafiq qərarların qəbul edildiyini diqqətə çatdırıb. 

Qeyd olunub ki, bu günədək Xüsusi Komissiya 1080 ərizə daxil olub ki, bunlar da əsasən itmiş və yararsız vəziyyətə düşmüş əmanət kitabçaları ilə bağlıdır. Müvafiq araşdırma aparıldıqdan sonra Xüsusi Komissiya sözügedən müraciətlərdən 976-ı barəsində müsbət, 104-ü barəsində isə  əlavə araşdırılmalar aparılması üçün “Kapital Bank”ın müvafiq filiallarına  qaytarılmasına dair qərar qəbul edib.

Prosesə ciddi nəzarət olunduğunu vurğulayan nazir qeyd edib ki, indiyədək fərdi birdəfəlik ödəmələrin verilməsi zamanı korporativ normaları və vəzifə borclarını pozan “Kapital Bank” bir neçə əməkdaşı inzibati qaydada cəzalandırılıb. O da bildirilib ki, Xüsusi Komissiya üzvləri yerlərə ezam olunaraq prosesin maksimum şəffaf və operativ şəkildə həyata keçirilməsinə bilavasitə nəzarət etməlidirlər.

İclasın işində “Kapital Bank”ın rəhbərliyi, o cümlədən  Maliyyə, Ədliyyə, Daxili İşlər, İqtisadi İnkişaf, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin,  Dövlət Sosial Müdafiə Fondunun və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Xüsusi Komissiyada təmsil olunan nümayəndələri də iştirak ediblər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış