Modern.az

Türkiyə Müdafiə Nazirliyi: “Ermənistan Ağdamdan çəkilərkən...\"

Türkiyə Müdafiə Nazirliyi: “Ermənistan Ağdamdan çəkilərkən...\

22 Noyabr 2020, 08:30

“Ballistik raketlərlə Azərbaycanın yaşayış məntəqələrini hədəf alan, gecə körpələri yatdıqları yerdə qətlə yetirən Ermənistan Ağdamdan çəkilərkən belə hər yeri yaxıb-yandırıb”.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyinin rəsmi twitter səhifəsində işğaldan azad edilən Ağdam rayonuna aid paylaşılan videoda bildirilib.

 

Ağdamın mərkəzindəki məsciddə oxunan ilk azanın səsinə də yer verilən videomaterialın təqdimatında “Ağdamı yenidən yaşanılacaq bir vəziyyətə gətirmək üçün fəaliyyət başlanıb”, deyə qeyd edilib.

Eyd edək ki, sözügedən videogörüntü bir çox sosial şəbəkələrdə də paylaşılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu