Modern.az

Fransada son sutka ərzində 1138 nəfər koronavirusdan öldü

Fransada son sutka ərzində 1138 nəfər koronavirusdan öldü

22 Noyabr 2020, 09:06

Fransada son sutka ərzində COVID-19-dan 381-i xəstəxanalarda, 757-i isə qocalar evlərində olmaqla, 1138 ölüm faktı qeydə alınıb. Koronavirusa yeni yoluxma isə 22 882 nəfər təşkil edib.

 

Modern.az xəbər verir ki, bu barədə Fransa Səhiyyə İdarəsi məlumat verib.

 

Bildirilib ki, epidemiya başlayandan SARS-C0V-2 virusuna 2 109 170 nəfər yoluxub. Epidemiya başlayandan 32 978-i xəstəxanalarda olmaqla, ümumilikdə 48 265 nəfər koronavirusun qurbanı olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu